05/10/2013 17:18

“Allen-Vanguard” şirkəti Azərbaycan Hərbi Dəniz Qüvvələrinə treninq keçəcək

“Allen-Vanguard” şirkəti Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) EOD qrupu (bomba zərərsizləşdir qrupu) üçün treninqlər keçəcək. “AzeriDefence”nin məlumatına görə, şirkət bununla bağlı ABŞ Dəniz Qüvvələrinin tenderini qazanıb.

ABŞ Dəniz Qüvvələrinin bu layihəsi Azərbaycan HDQ və Polşa Silahlı Qüvvələrinə yardım proqramı çərçivəsində EOD heyətin hazırlanmasına kömək məqsədi daşıyır.

Beynəlxalq şirkət olan “Allen Vanquard” 2,8 milyon ABŞ dolları dəyərindəki müqavilə çərçivəsində Azərbaycan Hərbi Dəniz Qüvvələrinə partlayıcı maddə və əldəqayırma partlayıcı qurğuların zərərsizləşdirilməsi üzrə təlim kursları verəcək.

Layihəyə dalğıc və təlimatçı təlim də daxildir.