03/10/2017 22:11

“Alp Havacılık” şirkətinin helikopter istehsal edəcək zavodu istifadəyə verildi

“Alp Havacılık” şirkətinin Türkiyədə Amerikanın “Sikorsky” şirkətinin helikopterləri üçün bir sıra avadanlıq istehsal edəcək zavodu istifadəyə verilib.

“Alp Havacılık” şirkətindən “AzeriDefence”yə verilən məlumata görə, bu gün Türkiyənin baş naziri Binəli Yıldırımın iştirakı ilə Əskişəhərdə tikilən “Alp Havacılık” helikopter zavodunun açılış mərasimi olub.

Çıxış edən “Alp Havacılık” İdarə Heyətinin sədri Tuncer Alpata Türkiyədə yetişən gənc mühəndis və operatorların yeni zavodda yaradacağı enerji, texnologiya bölgüləri sayəsində 2023-cü ildə 500 milyon dollarlıq ixraca imza atacaqlarını vurğulayıb.

“Lockheed Martin” korporasiyasına daxil olan “Sikorsky” şirkətində bundan əvvəl istehsal edilmiş helikopterlərdə Türkiyə sənayesinin iş payı olmadığına deyən müdafiə sənayesi (SSM)  katibi İsmayıl Dəmir qeyd edib ki, ilk dəfə ümumi məqsəd helikopter layihəsi çərçivəsində istehsalın yüzdə 60-ı yerli sənayenin payına düşəcək: “Kokpit, kabinə ve rotor sistemi TAİ, avionika ASELSAN, mühərrikin əsas hissəsi TEİ, eniş sistemi, dişli və ötürücü avadanlıqlar isə “Alp Havacılık” tərəfindən istehsal olunacaq. “Sikorsky”nin bu layihə ilə ilk dəfə ixrac satışlarda Türkiyə sənayesinə verdiyi öhdəliyin dəyəri 1,4 milyard dollar təşkil edir”.

İ.Dəmir ümumi məqsəd helikopter layihəsi çərçivəsində 109 ədəd helikopterin istehsal olunacağını deyib. Müdafiə sənayesi katibi həmçinin 10 ton ağırlığında yeni çoxməqsədli helikopterin dizayn işlərinə başlandığını da vurğulayıb.