20/10/2012 07:13

ALTAY tankı hərəkət testlərində – FOTOLAR

Türkiyənin ilk milli tankı olan “Altay”ın hərəkət testlərinə başlanıb. “AzeriDefence.com” saytının məlumatına görə, artıq tankın hərəkət testləri zamanı çəkilmiş fotoları bir sıra sosial şəbəkələrdə yer alıb.Qeyd edək ki, “Otokar” şirkəti tərəfindən istehsal edilən “Altay”ın çəkisi təxminən 60 ton, heyəti 4 nəfərdən ibarət olacaq.

ROKETSAN şirkəti tərəfindən hazırlanan yeni zirehlə qorunacaq “Altay”ın əsas silahını MKEK şirkəti tərəfindən hazırlanmış 120 mm-lik yivsiz top təşkil edəcək. Tank həmçinin ASELSAN istehsalı olan 1 ədəd STAMP/II silah sistemi, 1 ədəd 12.7 mm-lik pulemyotla silahlanacaq. “Altay” tankı 1500 at gücünə malik MTU mühərriki ilə saatda 70 km/saat sürətlə hərəkət edəcək.