12/11/2016 00:36

“Altay” tankının seriyalı istehsala hazır modeli təqdim olundu

İstanbul şəhərində keçirilən “High Tech Port-2016” sərgisində Türkiyənin ən böyük özəl sərmayəli şirkəti olan “Otokar” başda “Altay” tankı olmaqla özünün geniş çapda təkərli və tırtıllı zirehli texnikalarını sərgiləyib.

“AzeriDefence”nin məlumatına görə, “Altay” tankının seriyalı istehsala hazır olan modeli sərgi günlərində ziyarətçilərin böyük marağı ilə qarşılanıb.

Şirkət nümayəndələrinin verdikləri məlumata görə, Şereflikoçhisar bölgəsində hərəkət və atış testləri davam edən və sərgi üçün İstanbula gətirilən “Altay”ın seriyalı istehsalı və logistik dəstək paketini (250 tank) təklif hökumətə təqdim olunub.

Sərgi müddətində ziyarətçilər xüsusi gözlük vasitəsi ilə tankın içini də izləmək imkanı qazanıblar.

Sərgidə “Otokar” döyüş meydanında tanklara atəş dəstəyi üçün nəzərdə tutulan “Tulpar” piyada döyüş maşınını şirkətin öz istehsalı olan 25 mm çaplı topla silahlandırılmış “Bozok” qülləsi ilə birgə təqdim edib. Şirkət eyni zamanda 12.7 mm çaplı pulemyotlu “Bozok” qülləsi ilə komplektləşdirilmiş “Arma” 6×6 və “Arma” 8×8 təkər formuluna malik zirehli maşınlarını, “Cobra” və “Üçok” qülləsi ilə silahlandırılmış “Cobra II” zirehli maşınlarını sərgiləyib.

htp (3)


htp (22)