14/04/2017 13:45

“Altay” tankının seriyalı istehsalına maydan başlanılacaq

Türkiyənin ilk milli tankı olan “Altay”ın seriyalı istehsalına bu ilin may ayından başlanılacaq.

“AzeriDefence”nin məlumatına görə, bu barədə açıqlamanı Türkiyənin müdafiə naziri Fikri İşıq verib.

O deyib ki, 2017-ci ilin fevralın sonuna qədər “Altay” bütün sınaqları uğurla yekunlaşdırıb. Bu baxımdan da tankın seriyalı istehsalına başlanması üçün hər hansı maneə qalmayıb.

Nazir bildirib ki, bundan başqa daha 20 ATAK helikopteri silahlı qüvvələrin istismarına veriləcək.