25/04/2018 11:41

“Altay” tankının seriyalı istehsalını BMC şirkəti həyata keçirəcək

Türkiyə Müdafiə Sənayesi Katibliyi (SSM) milli “Altay” tankının seriyalı istehsalı üçün qərar verib.

Bu barədə “AzeriDefence” “C4 Defence”yə istinadən məlumat verib.

“Altay” əsas döyüş tankının seriyalı istehsalı və bu tanka mühərrik hazırlanması üçün həyata keçirilən layihədə BMC şirkəti ilə danışıqların başladılması qərarlaşdırılıb.

Qeyd edək ki, SSM-nin 250 ədəd “Altay” tankının seriyalı istehsal üçün elan etdiyi tenderə “Otokar”, BMC və FNSS şirkətləri 2017-ci il noyabrın 16-da təkliflərini vermişdi.