23/04/2014 11:21

“Altay” tankının üçüncü nümunəsi yaxın günlərdə Türk Ordusuna veriləcək

“Otokar” şirkəti yaxın günlərdə “Altay” tankının bir – üçüncü nümunəsini Türkiyə Silahlı Qüvvələrinə təhvil verəcək. Bu barədə “AzeriDefence”yə “Otokar” şirkətinin baş direktoru Sərdar Görgüc məlumat verib.

S. Görgücün sözlərinə görə, bu layihə üzrə istehsal edilmiş üçüncü tank olacaq və may ayının 2-də Türkiyə Silahlı Qüvvələrinə veriləcək.

Şirkət rəhbəri bununla bərabər olaraq, ilk iki nümunənin testləri davam etdirdiyini də vurğulayıb.

““Altay “milli tank layihəsi üzrə işlər planlanan şəkildə, qrafikə uyğun gedir”, – deyə S. Görgüc vurğulayıb.