24/07/2013 12:32

Altay tankının zirehi hazır

ROKETSAN şirkəti tərəfindən Türkiyənin Altay Milli tankı üçün hazırlanmış zireh sisteminin testləri başa çatıb. “AzeriDefence”nin məlumatına görə, iyunun 3-dən iyulun 10-dək davam etmiş testlərdən uğurla keçən zireh sisteminin silahlanmaya qəbulu məqsədəuyğun sayılıb.

Zireh sistemi Müdafiə Sənayesi Katibliyi ilə imzalanan Altay Zireh Sisteminin yaradılması və Balistik Qoruma Mərkəzinin Qurulması layihəsi çərçivəsində hazırlanıb.