24/08/2012 09:40

AM General BRV-O zirehli avtomobilini ABŞ Ordusu üçün təkmilləşdirir

ABŞ Ordusu JLTV (Joint Light Tactical Vehicle) proqramı üzrə yeni nəsil yüngül nəqliyyat vasitəsinin mühəndislik fəaliyyəti, yaradılmasına dair AM General şirkəti ilə 64.5 mln. dollar dəyərində müqavilə imzalayıb. Bu barədə “AzeriDefence” AM General şirkətinin saytına istinadən məlumat verib.

Proqram çərçivəsində AM Generalın BRV-O (Blast Resistant Vehicle – Off road ) nəqliyyat vasitəsi inkişaf etdiriləcək.