20/09/2019 10:10

AMEA YT Parkı ilə “Buta Armor” və “EPC Group”un yeni layihələri müzakirə edilib

AMEA Yüksək Texnologiyalar Parkının inzibati binasında Texnoparkın rezidentləri olan “Buta Armor” və “EPC Group”un  rəhbərləri ilə görüş keçirilib.

Bu barədə “AzeriDefence”yə AMEA Yüksək Texnologiyalar Parkından məlumat verilib.

Rezidentlərlə görüşdə  AMEA-nın İşlər İdarəsinin rəisi Fətəli Abdullayev, YT Parkın direktoru Samir Məmmədov və direktor müavini Məmməd Bağırzadə iştirak ediblər.

Görüşdə “Buta Armor” ilə “EPC Group”-un yeni layihələri müzakirə edilib, fikir mübadiləsi aparılıb.