26/11/2018 19:21

AMEA YT Parkı ilə “General Robotics” şirkəti arasında memorandum imzalanıb – FOTO

Noyabrın 26-da AMEA Yüksək Texnologiyalar Parkı və İsrailin “General Robotics” şirkəti ilə əməkdaşlıq çərçivəsində Azərbaycan Müdafiə Nazirliyinin, Azərbaycan Daxili İşlər Nazirliyinin və Azərbaycan Dövlət Sərhəd Xidmətinin yüksək rütbəli əməkdaşlarının iştirakı ilə təqdimat mərasimi keçirilib.

Bu barədə “AzeriDefence”yə AMEA Yüksək Texnologiyalar Parkından məlumat verilib.

Ölkənin müdafiə və hərbi qüdrətinin artırılması maraqlarına uyğun olaraq, keçirilən təqdimatda AMEA YT Parkının rezidenti “DN Technologies” və İsrailin “General Robotics” şirkəti tərəfindən yeni nəsil robotlar və süni intellektli məhsullar barədə məlumat verilib. Təqdimat zamanı Azərbaycan Müdafiə Nazirliyinin, Azərbaycan Daxili İşlər Nazirliyinin və Azərbaycan Dövlət Sərhəd Xidmətinin yüksək rütbəli əməkdaşlarının sualları cavablandırılıb.

AMEA YT Park və “General Robotics” şirkəti arasında əməkdaşlığa dair memorandum imzalanıb.

Təqdimatda “General Robotics” şirkəti tərəfindən Prezident Ehud Gal, baş icraçı direktor Shahar Gal, biznesin inkişafı üzrə direktor Zion Gazit, prezidentin müşaviri Morris Oren, AMEA YT Parkın direktoru iqtisad üzrə fəlsəfə doktoru Nazim Şükürov, direktor müavinləri aqrar elmlər üzrə fəlsəfə doktoru Elxan Bayramov, hüquq elmləri fəlsəfə doktorluğuna iddiaçı Məmməd Bağırzadə, Xüsusi şöbənin müdiri Adil Məmmədov və AMEA YT Parkının digər əməkdaşları iştirak ediblər.