19/06/2019 12:55

AMEA YT Parkı ilə SOCAR arasına görüş keşirilib

SOCAR-ın təhlükəsizlik idarəsinin rəis müavini Şahin Əliyev və İT şöbəsinin rəisi İlkin İsmayılov AMEA Yüksək Texnologiyalar Parkına səfər ediblər.

Bu barədə “AzeriDefence”yə AMEA YT Parkından məlumat verilib.

Məlumatda bildirilib ki, qonaqlarla YT Parkda AMEA-nın Strateji Elmi Tədqiqatlar Mərkəzi tərəfindən hərb və müdafiə qüdrətinin artırılması istiqamətində həyata keçirilən layihələr və xüsusilə neft-qaz platformalarında müşahidə üçün yararlı olan müasir trendli məhsullar (dronlar, pilotsuz uçuş aparatları, anti-dronlar və s.) barədə qapalı görüş keçirilib.

Görüş zamanı dron və anti-dronlarlın hazırlanması ilə bağlı SOCAR əməkdaşları tərəfindən texniki göstəricilər verilib.