10/07/2018 15:27

AMEA YT Parkında Müdafiə Nazirliyinin əməkdaşları ilə hərbi layihələr müzakirə edilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yüksək Texnologiyalar Parkında (YT Park) İdarəetmə Sistemləri İnstitutunun mütəxəssisləri və Silahlı Qüvvələrin Hərbi Akademiyasının əməkdaşları ilə görüş keçirilib.

Bu barədə “AzeriDefence”yə AMEA-nın Yüksək Texnologiyalar Parkından məlumat verib.

Görüşdə Silahlı Qüvvələrin Hərbi Akademiyasının əməkdaşları ilə birgə AMEA YT Parkda icra olunan və İdarəetmə Sistemləri İnstitutunda elmi-tədqiqat işləri aparılan hərbi və mülki təyinatlı layihələr müzakirə edilib.

İcra olunan layihələr Silahlı Qüvvələrin Hərbi Akademiyasının əməkdaşları tərəfindən yüksək qiymətləndirilib və onların Azərbaycnın müdafiə qüdrətinin artırılmasında müstəsna əhəmiyyətə malik olduğu vurğulanıb.