28/12/2018 11:05

AMEA YTP-də ilin yekunlarına həsr olunmuş yığıncaq keçirilib – FOTO

Dekabrın 27-də Azərbaycan Milli Elmlər Akademiyası Yüksək Texnologiyalar Parkında 2018-ci ilin yekunlarına həsr olunmuş yığıncaq keçirilib.

Bu barədə “AzeriDefence”yə AMEA YTP-nin mətbuat xidmətindən məlumat verilib.

Gündəlikdə duran məsələ Texnologiyalar parkı haqqında Nümunәvi Әsasnamә və AMEA YT Parkın Nizamnaməsinə uyğun olaraq, 2018-ci ilin yekun illik hesabatlarının hazırlanmasından ibarət olub.

Yığıncağı giriş sözü ilə AMEA YT Parkın direktoru iqtisad üzrə fəlsəfə doktoru Nazim Şükürov açaraq kollektiv üzvlərini qarşıdan gələn 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibətilə təbrik etdi, hamıya işlərində və şəxsi həyatlarında müvəffəqiyyətlər arzu edib.

N.Şükürov bildirib ki, “Texnologiyalar parkı haqqında Nümunәvi Әsasnamә” nin 5-ci bəndinə uyğun olaraq, texnoparkın sәlahiyyәtli orqanı texnoparkın fәaliyyәti barәdә illik hesabat hazırlamalı vә Azәrbaycan Prezidentinә tәqdim etməlidir. Ona görə də hər bir əməkdaş öz vəzifə səlahiyyətləri çərçivəsində 2018-ci ildə yerinə yetirilmiş işlər barədə hesabat hazırlamalıdır. Bütün hesabatlar ümumiləşdirilərək icmallaşdırılmalı və səlahiyyətli orqanla razılaşdırılaraq, çap olunmalıdır.

2018-ci ildə rezident “Buta Armor” şirkətinin zirehli jiletlərin və aksesuarlarının istehsalı üçün icazənin alınmasının xüsusi əhəmiyyət daşıdığını və Azərbaycanda bu halın ilk dəfə olmasını nəzərə alaraq, illik hesabatda bu məsələ öz əksini tapsın.

Daxili auditor və maliyyə şöbəsinə AMEA YT Parkın son bir ildəki fəaliyyətinə müstəqil auditor rəyinin hazırlanması tapşırılıb.

İllik hesabatların hazırlanması üçün içraçılar müəyyən olunub, konkret tapşırıqlar verilib.