13/02/2018 10:35

AMEA: Yüksək Texnologiyalar Parkında zirehli gödəkcə istehsal olunacaq


AMEA-nın Yüksək Texnologiyalar Parkında zirehli gödəkcələrin istehsalını həyata keçirəcək müəssisənin təməli qoyulub.

Bu barədə “AzeriDefence”yə AMEA Yüksək Texnologiyalar Parkından məlumat verilib.

Istehsal sahələrinin təməlinin qoyulmasına həsr olunmuş tədbirdə çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə bildirib ki, uzunmüddətli səmərəli fəaliyyət nəticəsində YT Parkda 6-ya yaxın rezident fəaliyyətə başlayıb.

Sonra AMEA İşlər İdarəsinin rəisi Fətəli Abdullayev bildirib ki, son zamanlar YT Parkda kənd təsərrüfatı, müdafiə təyinatlı sahələr və digər istiqamətlərdə bir sıra mühüm layihələr həyata keçirilib. Yaxın vaxtlarda isə bir sıra məhsulların bazara çıxarılması nəzərdə tutulur.

Tədbirin sonunda AMEA YT Parkının yeni rezidentlərinə sertifikalar təqdim olunub.

Qeyd edək ki, hazırda zirehli gödəkcələrin istehsalı ilə Müdafiə Sənayesi Nazirliyinin müəssisələrindən biri məşğul olur.