16/02/2017 10:01

Amerika bir-birinin ardınsa iki qitələrarası raketin sınağını keçirib

ABŞ Silahlı Qüvvələri iki qitələrarası raketin sınağını həyata keçirib.

“AzeriDefence”nin yerli mediaya istinadən verdiyi məlumatına görə, raketlər Kaliforniya ştatı sahillərindən “Oqayo” sinifinə aid  atom sualtı gəmisindən atılıb.

Sınağı keçirilən “Traydent-2” raketlərinin uçuşuna yerli vaxtla 14.30 və 17.20 saatlarında start verilib.

Raketlərin şərti hədəfi vurma məsafəsi haqda isə məlumat verilməyib.

Analoji sınaq yanvar ayında da Florida sahillərindən həyata keçirilmişdi.