01/11/2019 20:00

Amerika hərbçiləri ANAMA-nın əməkdaşlarına təlim keçiblər

ABŞ-ın Azərbaycandakı səfirliyi Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə  Milli Agentliklə (ANAMA)  ilə birgə Göygöldəki əldəqayırma partlayıcı qurğulara qarşı mübarizə mövzusunda bir həftəlik təlim keçirib.

Bu barədə “AzeriDefence” ABŞ-ın Azərbaycandakı səfirliyinə istinadən məlumat verib.

Təlimdə ABŞ Müdafiə Nazirliyinin Əldəqayırma partlayıcı qurğulara qarşı birgə mübarizə təşkilatının mütəxəssislər qrupu Azərbaycanın hərbi və təhlükəsizlik işçiləri ilə birgə partlayıcı qurğuları təhlükəsiz şəkildə tapmaq və zərərsizləşdirmək barədə məlumatlar və ən son təcrübələr ilə bölüşüblər.