07/11/2017 10:42

Amerika LRASM raketlərinin seriyalı istehsalına başlayıb

Böyük Britaniyanın “BAE Systems” şirkəti ABŞ-ın “Lockheed Martin” şirkəti ilə imzaladığı müqavilənin icrasına başlayıb.

“AzeriDefence” xarici mətbuata istinadən xəbər verir ki, müqavilənin dəyəri 40 milyon ABŞ dolları təşkil edir.

Müqavilə çərçivəsində “BAE Systems” və “Lockheed Martin” şirkətləri birlikdə ABŞ Hərbi Dəniz Qüvvələrinin ehtiyaclarını qarşılamaq üçün taktik konfiqurasiyalı uzun mənzilli gəmi əleyhinə raketlər (Long Range Anti-Ship Missile/LRASM)  istehsal edəcək.

LRASM raketi radioelektron müharibə mühütində, kəşfiyyat-müşahidə  platformalarına, rabitə əlaqələrinə və GPS naviqasiya asılılığı azaldacaq müsir texnologiyalardan istifadə edərək gəmi qrupları daxilindəki xüsusi hədəfləri aşkar və məhv etmək üçün nəzərdə tutulub.

Qeyd edək ki, “Lockheed Martin” şirkətinin hazırladığı LRASM raketlərinin ilk atış testi bu ilin avqustunda ABŞ Hərbi Hava Qüvvələrinə məxsus B-1B “Lacer” döyüş təyyarəsindən həyata keçirilib.