15/01/2015 08:41

Amerika Ordusu təyyarədən atılan bu aviabombanı kənardan idarə edəcək – FOTO

ABŞ Dəniz Qüvvələri JSOW C-1 (Joint Standoff Weapon) dəniz vasitələrinə qarşı idarə olunan aviasiya bombasının sınaqlarını yekunlaşdırıb.

“AzeriDefence”nin bildirdiyinə görə, bu barədə Amerika Hərbi-Dəniz Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Sınaqların son mərhələsi yanvarın 7-də Kaliforniyadakı “Ventura” bazasının ərazisindəki Point-Muqu dəniz poliqonunda keçirilib. F/A-18 “Super Hornet” təyyarəsindən atış zamanı idarə olunan aviabomba quruda və dənizdə hərəkət edən hədəflərə qarşı effektivliyini göstərib.

Silahlanmaya 2016-cı ildə daxil olacaq JSOW C-1 1990-cı illərin başlanğıcında hazırlanan AGM-154 idarə olunan aviasiya bombasının modifikasiyasıdır. Bombanın Block III (JSOW-C1) versiyası “Raytheon” şirkəti tərəfindən istehsal olunur. Aviabomba təyyarələr, gəmilər, yerüstü bölmələr və taktik komandanlıq arasında məlumat mübadiləsini dəstəkləyən “Link-16” standart əlaqəsindən istifadə edir. Döyüş sursatı hədəfə həm infraqırmızı başlıq, həm lazer başlıq. Həm GPS vasitəsi ilə həm də kənardan yönləndirilə bilir. JSOW-un döyüş başlığı 450 kiloqramdır.