04/10/2017 16:48

Amerika şirkəti yeni ballistik dəbilqə hazırlayıb

Amerikanın 3M şirkəti “Combat II Ballistic Helmet L110” indeksli yeni dəbilqə hazırlayıb.

Bu barədə “AzeriDefence” 3M şirkətinin saytına istinadən məlumat verib.

Bildirilib ki, yeni ballistik dəbilqə ABŞ-da gələn həftə keçiriləcək AUSA sərgisində ilk dəfə nümayiş etdiriləcək.

“Combat” L110 dəbilqəsi xüsusilə terrorla mübarizə əməliyyatlarında istifadə üçün hazırlanıb.

Şirkətin verdiyi məlumata görə, bu dəbilqələr əvvəlki analoqları ilə müqayisədə əsgərləri küt təsirlərdən, 7.62 x 51 mm-lik avtomat və müxtəlif çaplı tapança güllələrindən, partlayış və digər təsirlərdən daha yüksək səviyyədə qorunmasını təmin edir. Bu qorunma STANAG 2920 səviyyəsinə cavab verir.

Polietilen materiallardan hazırlanmış bu dəbilqənin çəkisi yüngüldür, tənzimlənmə xüsusiyyətləri mövcuddur. Dəbilqəyə rabitə sistemləri, gözlük, qaz maskaları və s. istənilən aksesuarları əlavə etmək mümkündür.