18/04/2017 17:41

Amerikalılar T-72 tankını məsafədən idarə olunan maşına çevirir

ABŞ-ın “Kratos Defense & Security Solutions” şirkətinin alt qurumu “Micro Systems” müəssisəsi Rusiyanın T-72 tankını məsafədən idarə olunan maşına çevirir.
“AzeriDefence”in məlumatına görə, bu barədə “Kratos Defense & Security Solutions” şirkətinin mətbuata açıqlamasında bildirilib.
Məsafədən idarəolunan T-72 tankı ABŞ Ordusunun bu tipli texnologiyalara olan ehtiyacını ödəmək üçün yaradılır.
T-72 orduya aid bir çox hava, yer və dəniz vasitələriylə bağlantılı nəzarət sistemi olan AGATCS (Army Ground Aerial Target Control System) ilə idarə olunacaq.