24/05/2015 12:55

Amerikan firmasından helikopterlər üçün aktiv müdafiə sistemi

Amerikanın “Orbital ATK” firması helikopterlər üçün dünyada ilk dəfə olaraq aktiv müdafiə kompleksi hazırlayıb.

“AzeriDefence”nin məlumatına görə, Helicopter Active Protection System (HAPS) adlı yeni kompleks SOFIC-2015 konfransında nümayiş olunub.

Kompleksə ALE-47 infraqırmızı maneələr atma sistemi və əks tədbir döyüş sursatı daxildir. HAPS helikopterin uçuş imkanlarını pisləşdirmədən qarşıya qoyulan tapşırığı uğurla yerinə yetirib. Kompleks helikopteri havada və yerdə olarkən idarə edilən və edilməyən döyüş sursatlarından müdafiəsini təmin edir.