15/12/2017 15:45

Amerikanın dəniz piyada qoşunları yeni patronlarla silahlandırılıb – VİDEO

ABŞ Dəniz Piyada Qoşunları M855A1 indeksli yeni patronlarla təchiz olunub.

“AzeriDefence”nin “Thefirearmblog” portalına istinadən xəbər verir ki, bu barədə ABŞ Dəniz Piyada Qoşunlarının Korpus Komandanlığı məlumat yayıb.

Buna qədər Dəniz Piyada Qoşunları 1977-ci ildə NATO-un ordularının silahlandırılmasına qəbul edilmiş 5,56×45 mm kalibrli M855 patronundan istifadə edib. ABŞ Silahlı Qüvvələrində isə 2010-cu ildən M855A1 seriyalı yeni patronlara keçid başlayıb.

M855A1 patronları ABŞ Dəniz Piyada Qoşunlarının invertarında yer alan M27 (HK416) tüfənglərin daraqlarına uyğun gəlmədiyi üçün yeni patronlardan imtina edirdi. Hazırda silahlanmaya M855A1 patronlarına uyğun yeni daraqlar da qəbul edilib.

M855A1 patronları əsasən M4 tüfəngləri üçün nəzərdə tutulun, həmçinin M16 tüfənglərinə və M249 pulemyotlarına uyğundur.