28/02/2017 15:04

Amerikanın LAV-700 zirehli döyüş maşını yeni versiyada

ABŞ-ın “General Dynamics” şirkəti LAV-700 zirehli döyüş maşınının yeni 8×8 təkər formullu nümunəsini təqdim edib.

“AzeriDefence”nin “janes”ə istinadən verdiyi məlumatına görə, maşının son nümunəsi Səudiyyə Ərəbistanına satılacaq. Artıq bununla bağlı 2014-cü ildə ölkələr arasında saziş də imzalanıb.

Maşının döyüş arsenalı ilə birgə çəkisi 31 tondur.

LAV-700 maşını 711 at gücünə sahib “Caterpillar C13” mühərriki və “Allison 2800” transmissiyası ilə təchiz olunub.

Maşının korpusu ikiqat V-şəkillidir və bu da mina partlayışlarından qorumanı daha da gücləndirir.

LAV-700 12,7 mm-lik distans idarə olunan “Kongsberg Protector” döyüş modulu ilə təmin olunub. Bundan başqa maşının silah arsenalına 7,62 mm-lik pulemyot daxil edilib.

Maşının Səudiyyə Ərəbistanına satılan variantına isə “Cockerill Medium Calibre Turret” (CMCT) döyüş modulu inteqrasiya ediləcək. Bu döyüş modulu 30 mm-lik və ya 40 mm-lik “Orbital Mk 44” avtomat topu ilə təchiz edillib.

Həmçinin modula tank əleyhinə idarə olunan raket qurğusu da inteqrasiya olunacaq.