02/07/2018 12:01

“Anadolu Ankası-2018” təlimi davam edir – FOTO

Türkiyədə “Anadolu Ankası-2018” beynəlxalq təlimi davam edir.

“AzeriDefence”nin Türkiyə Silahlı Qüvvələrinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, döyüş təyyarələri, helikopterlər və axtarış-xilasetmə qruplarının qatıldığı təlimdə əməliyyat sahəsində birgə xilasetmə üsulları məşq edilir. Birgə əməliyyatlar zamanı müxtəlif ssenarilərə nəzər salınır.

Türkiyə Silahlı Qüvvələrinin ev sahibliyində keçirilən təlimə Azərbaycan, Şimali Kipr Türk Cümhuriyyəti, Pakistan və Səudiyyə Ərəbistanından hərbçilər qatılıb.

Konya şəhərində keçirilən  “Anadolu Ankası” təlimləri iyulun 6-dək davam edəcək.

.