25/01/2017 19:10

ANAMA Ağstafada 47 ədəd tank mərmisini zərərsizləşdirib

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Ağstafa rayonunun Saloğlu qəsəbəsi ərazisində çox sayda partlamamış hərbi sursat aşkarlanarq zərərsizləşdirilib.

Bu barədə “AzeriDefence”yə ANAMA-dan məlumat verilib.

Saloğlu qəsəbəsinin Acıdərə  adlanan ərazidəki otlaq sahəsində 181 ədəd partlamamış hərbi sursat (47 ədəd 125 mm-lik tank mərmisi (OF-26), 15 ədəd 7.62 çaplı patron və 119 ədəd 5.45 çaplı patron)) aşkar edilərək  zərərsizləşdirilməsi üçün götürülüb. Nəticə etibarilə 1000 kv.m. ərazi yoxlanılıb.

Ümumilikdə Agentlik tərəfindən 01 – 25 yanvar 2017-ci il tarixlərində Ağdam, Ağstafa, Füzuli, Şamaxı, Xızı və Lənkəran rayonları, Lənkəran və Gəncə şəhərində 3 otlaq sahəsinə, 1 hərbi hissənin yaxınlığına, su arxına, dəniz və yol kənarına, avtobaza ərazisinə baxış keçirilib. 1 469 ədəd partlamamış hərbi sursat, 33 ədəd tank əleyhinə mina, və 2 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.