04/09/2018 14:23

ANAMA: Biləsuvarda üç gündə 655 ədəd partlayıcı sursat aşkar olunub

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Biləsuvar rayonu, “Mahmudçala” ovçuluq təsərrüfatı ərazisinin partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

ANAMA-nın mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, sentyabrın 3-də Agentliyin mütəxəssisləri Daxili İşlər Nazirliyinin Biləsuvar rayon Polis şöbəsinin əməkdaşları ilə birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirib.

Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 25 ədəd müxtəlif növ partlamamış hərbi sursat aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Partlamamış hərbi sursatların tapıldığı yerin ətrafında 10 500 kv.m əraziyə yerüstü və 830 kv.m əraziyə isə yeraltı baxış keçirilib.

3 gün ərzində ərazidə aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 655 ədəd müxtəlif növ partlamamış hərbi sursat aşkar olunub, 18 000 kv.m əraziyə yerüstü və 830 kv.m əraziyə isə yeraltı baxış keçirilib.