04/12/2017 22:07

ANAMA: Bu günə qədər Xızıda partlayan anbardan ətrafa dağılan 21 mindən artıq partlamamış sursat götürülüb – FOTOSESİYA

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi Üzrə Milli Agentliyin (ANAMA) Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Fövqəladə Hallar Nazirliyi və Daxili İşlər Nazirliyi Daxili Qoşunları ilə birgə keçirdiyi təmizləmə əməliyyatları davam edir.

ANAMA-dan “AzeriDefence”yə verilən məlumata görə, dekabrın 4-də partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 114 ədəd partlamamış hərbi sursat (PHS), 232 ədəd partlamış-yanmış mərmi qalıqları və 402 kq yandırma məhsulu aşkar edilərək götürülüb. Nəticə etibarilə 183 000 kv.m (18.30 ha) ərazi yoxlanılıb.

Ümumilikdə, 88 gün ərzində 12 ev, 46 evin həyətyanı sahəsinə, 16 ferma ərazisinə, 44 əkin sahəsinə, 12 otlaq sahəsinə, 2 məktəb ərazisinə, 3 dəmiryolu xətininə, 1 rabitə qovşağına, 1 telestudio ərazisinə, 2 kənd qəbirstanlığına, 1 su kanalına, 1 istixanaya, 1 hərbi şəhərciyə, 1 kənd məscidinin yaxınlığına, su stansiyasına, Bakı-Novorossiysk neft kəmərin və Bakı-Rostov dəmiryolunun Xızı rayonundan keçən hissəsinə, neft quyusunun ətrafına, balıqçılıq və zeytunçuluq təsərrüfatına, eko-turizmin həyətyanı sahəsinə, dəniz sahilinə, taxıl anbarının yaxınlığına yol kənarına, Samur-Abşeron kanalı istismar idarəsinin Taxta körpü-Ceyranbatan kanalının içərisinə, ətrafına, dükerlərə, 6 saylı Yaşıllaşdırma idarəsinin ərazisinə baxış keçirilib.

Əməliyyat axtarış zamanı 21 095 ədəd partlamamış hərbi sursat (PHS), 11 442 ədəd partlamış-yanmış sursat qalıqları və 74 566 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 72 483 012 kv.m (7 248 ha) ərazi yoxlanılıb.

Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Sitalçay, Yeni Yaşma, Şurabad kəndləri ərazisində 8 868 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılib.