18/12/2017 11:30

ANAMA: Bu günə qədər Xızıda partlayan anbardan ətrafa dağılan 22 000-dən artıq partlamamış sursat götürülüb

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən partlamamış hərbi sursatların zərərsizləşdirilməsi tədbirləri davam etdirilir.

ANAMA-dan “AzeriDefence”yə verilən məlumata görə, Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar ANAMA-nın digər aidiyyati qurumlarla birgə keçirdiyi əməliyyat tədbirləri çərçivəsində dekabrın 17-də partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib.

Aparılan əməliyyat axtarış zamaı 113 ədəd partlamamış hərbi sursat (PHS), 220 ədəd partlamış-yanmış mərmi qalıqları və 349 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 64 000 kv.m (6.40 ha) ərazi yoxlanılıb.

Ümumiyyətlə, 97 gün ərzində 12 ev, 46 evin həyətyanı sahəsinə, 16 ferma ərazisinə, 45 əkin sahəsinə, 12 otlaq sahəsinə, 2 məktəb ərazisinə, 3 dəmiryolu xətininə, 1 rabitə qovşağına, 1 telestudio ərazisinə, 2 kənd qəbirstanlığına, 1 su kanalına, 1 istixanaya, 1 hərbi şəhərciyə, 1 kənd məscidinin yaxınlığına, su stansiyasına, Bakı-Novorossiysk neft kəmərin və Bakı-Rostov dəmiryol xəttinin Xızı rayonundan keçən hissəsinə, neft quyusunun ətrafına, balıqçılıq və zeytunçuluq təsərrüfatına, eko-turizmin həyətyanı sahəsinə, dəniz sahilinə, taxıl anbarının yaxınlığına, yol kənarına, Samur-Abşeron kanalı istismar idarəsinin Taxta körpü-Ceyranbatan kanalının içərisinə, ətrafına, dükerlərə, 6 saylı Yaşıllaşdırma idarəsinin ərazisinə baxış keçirilib.

Əməliyyat axtarış zamanı 22 287 ədəd partlamamış hərbi sursat (PHS), 13 284 ədəd partlamış-yanmış sursat qalıqları və 79 513 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 73 743 978 kv.m (7 374 ha) ərazi yoxlanılıb. Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Sitalçay, Yeni Yaşma, Şurabad kəndləri ərazisində 8 868 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

Bundan başqa Agentlik tərəfindən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin ətrafında olan və suvarma kanalının çəkilməsi nəzərdə tutulan ərazilərdə aparılan təmizləmə əməliyyatları çərçivəsində dekabrın 17-də 4 500 (0.45 ha) ərazi tam təmizlənib, mina və partlamamış hərbi sursat aşkar edilməyib. Əməliyyatlarda 55 nəfərlik şəxsi heyət iştirak edir.

Ümumilikdə 30 gün ərzində 11 ədəd partlamamış hərbi sursat (PHS) (1 ədəd F-1 əl qumbarası, 1 ədəd UZRQM partladıcısı, 2 ədəd RQ-42 əl qumbarası, 2 ədəd TM-62 minasının gücləndiricisi və 5 ədəd tank əleyhinə idarə olunmayan raket (PQ-7)) və 2 ədəd piyada əleyhinə mina (OZM-72) aşkar edilib, 508 450 kv.m (50.85 ha) ərazi tam təmizlənib, 236 766 kv.m (23.68 ha) ərazi 20 sm dərinliyində 180 700 kv.m (18.07 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanmışdır.

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.