10/03/2017 12:28

ANAMA fevral ayında 31 tank, 3 piyada əleyhinə mina və 1048 PHS zərərsizləşdirib

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən fevral ayı ərzində 1 368 831 kvadratmetr ərazi yoxlanılaraq mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib.

Bu barədə “AzeriDefence”yə ANAMA-nın mətbuat xidmətindən məlumat verilib.

Əməliyyatlar zamanı 1048 ədəd PHS, 31 ədəd tank əleyhinə və 3 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.

Əməliyyatlarda 489 nəfər əməliyyat heyəti və 131 nəfər inzibati heyət, həmçinin əməliyyatlarda 6 mexaniki minatəmizləmə maşını və 34 minaaxtaran it iştirak edib.

ANAMA tərəfindən indiyədək cəmi 396 984 456 kv.m ərazi təmizlənib. Nəticədə 756894 ədəd mina və PHS tapılıb zərərsizləşdirilib.

Fevral ayında 1 mina/PHS hadisəsi qeydə alınıb.

Qeyd edək ki, fevral ayı ərzində Agentlik tərəfindən təmizləmə əməliyyatları Abşeron, Ağdam, Ağcabədi, Ağstafa, Beyləqan, Bərdə, Cəbrayıl, Füzuli, Gəncə, Lənkəran, Tovuz, Tərtər rayonlarında və eləcə də Qaradağ rayonu, Güzdək qəsəbəsində həyata keçirilib.