01/11/2017 21:03

ANAMA Füzulidə aşkar olunmuş mina və PHS haqqında operativ məlumat yayıb

Noyabrın 1-də Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Füzuli rayonu, Şükürbəyli kəndi ərazisində 1 ədəd partlamamış hərbi sursatın olması barədə məlumatlar daxil olub.

ANAMA-dan “AzeriDefence”yə verilən xəbərə görə, məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən həmin ərazidə 1 əkin sahəsinə baxış keçirilib. Aparılan əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd  100 mm-lik top mərmisi (OF-412), 1 ədəd tank əleyhinə mina (TM-57) və 4 ədəd partlamış mərmi qalıqları aşkar edilib və zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş top mərmisinin və minanın ətrafında 3 000 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.