20/11/2018 17:40

ANAMA: Horadiz kəndi ərazisində 15 ədəd OZM-72 piyada əleyhinə mina aşkar edilib

Noyabrın 20-də Füzuli rayonunun Horadiz kəndi ərazisinin bir hissəsində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi Üzrə Milli Agentliyin (ANAMA) tərəfindən aparılan minatəmizləmə əməliyyatı zamanı sahədə yerləşən 2 su quyusuna baxış keçirilərkən Agentliyin minaaxtaranları tərəfindən 15 ədəd OZM-72 piyada əleyhinə mina (PƏM), 1 ədəd MVZ-62 tank əleyhinə minanın partladıcısı və 1 ədəd PQ-7 raketinin arxa motor hissəsi aşkar olunub,  zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin Mərkəzi Məhvetmə Ərazisinə (MMƏ) daşınıb.

Bu barədə “AzeriDefence”yə  ANAMA-nın mətbuat xidmətindən məlumat verilib.

Mina sahəsinin ümumi ölçüsü 303 211 kv.m. təşkil edir. İndiyədək 266 701 kv.metr ərazi mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənib, 3 ədəd partlamamış hərbi sursat (PHS) (2 ədəd 60 mm-lik minaatan mərmi və 1 ədəd PQ-7 raketinin arxa motor hissəsi) və 21 ədəd mina (1 ədəd TM-57 tank əleyhinə mina (TƏM), 1 ədəd TM-62P tank əleyhinə mina (TƏM), 18 ədəd OZM-72 piyada əleyhinə mina (PƏM) və 1 ədəd MVZ-62 tank əleyhinə minanın partladıcısı) aşkar olunub.

Ərazidə minatəmizləmə əməliyyatı davam etdirilir.