24/11/2015 10:26

ANAMA-nın əməkdaşı minatəmizləmə standartlarının tətbiqi üzrə beynəlxalq kursa qatılıb

ANAMA-nın əməkdaşı Milli Minatəmizləmə Standartlarının Tətbiqi üzrə Təlim kursunda iştirak edir.

Bu barədə “AzeriDefence”yə ANAMA-dan məlumat verilib.

Noyabrın 22-28 tarixlərində ANAMA-nın Əməliyyatlar üzrə mütəxəssisi Tural Məmmədov Sülh Naminə Tərəfdaşlıq Proqramı çərçivəsində (SNT) İsveçrənin Cenevrədə keçirilən Milli Minatəmizləmə Standartlarının Tətbiqi üzrə təlim kursunda iştirak edir.

Kurs Humanitar Mina Təmizlənməsi üzrə Cenevrə Beynəlxalq Mərkəzi (GİCHD) və İsveçrə Federal Müdafiə Nazirliyi tərəfindən təşkil edilib.

Kursun keçirilməsində başlıca məqsəd iştirakçılara Beynəlxalq Minatəmizləmə Standartlarının tələblərini qavramağa və əldə edilən biliklərin öz milli standardlarının istifadəsində təkmilləşdirməyə və yeniləməyə imkan verir. Milli Minatəmizləmə Standartlarının Tətbiqi üzrə təlim kursu bu sektorda ən son inkişaf imkanlarının dərk edilməsini təmin edəcək.

ANAMA nümayəndəsinin Agentliyin fəaliyyətini əks etdirən təqdimatla çıxışı da nəzərdə tutulub.