27/01/2016 11:52

ANAMA mina təhlükəsinə dair plakatların hazırlanması üçün tender keçirir

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) mina və müharibənin partlamamış qalıqları təhlükəsinə qarşı mübarizə tədbirləri çərçivəsində iri ölçülü plakatların (billboards) hazırlanması işlərinin satın alınmasını elan edib.

Bu barədə “AzeriDefence”yə ANAMA-dan məlumat verilib.

Məlumatda qeyd olunub ki, Agentlik cəbhə xətti və sərhədyanı yaronlarda ərazilərin mina və mərmilərdən təmizlənməsi fəaliyyəti ilə yanaşı əhalinin mina və MPQ-lərdən qorunması məqsədi ilə xəbərdarlıq və maarifləndirmə işlərini də həyata keçirir. Bu məqsədlə təhlükəli ərazilərin giriş və çıxışlarında quraşdırılmaq üçün bizə iri ölçülü plakatlar (billboards) lazımdır. Həmin plakatların 4 növdə hər növdən 15 ədəd olmaqla hazırlanmasını nəzərdə tutmaqla tender elan edilib. Tenderin bitmə tarixi 04 fevral 2016-ci ilə qədərdir.

Bu işi yerinə yetirə biləcək müəssisə rəhbərlərindən xahiş edilir ki, plakatların hansı materialdan hazırlanması, onların texniki ölçüləri və parametrlərini öyrənmək məqsədi ilə ANAMA-nın Bakı şəhərindəki Baş ofisi ilə əlaqə saxlasınlar. Əlaqə telefonları: (012) 561 95 57; (012) 561 95 74