01/08/2018 18:31

ANAMA-nın direktoru AMEA YT Parkın istehsal sahələri ilə maraqlanıb – FOTO

Avqustun 1-də AMEA Yüksək Texnologiyalar Parkında Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) icraçı direktoru Qəzənfər Əhmədov, AMEA İşlər İdarəsinin müdiri siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayevin iştirakı ilə görüş təşkil olunub.

Bu barədə “AzeriDefence”yə AMEA-nın Yüksək Texnologiyalar Parkından məlumat verib.

Görüş iştirakçıları AMEA YT Parkın istehsal sahələrinə baxış keçirib, hazır məhsul anbarlarında olan əmtəələrlə tanış olublar.

Rezident şirkətlər tərəfindən istehsal olunan pilotsuz uçuş aparatlarının imkanları və Radio ekoloji monitorinq sistemi nümayiş olunub.

AMEA YT Parkın rezidenti olan “DN Technologies” şirkətinin rəhbəri Ceyhun Nabadov, “Azeltech” MMC-nin rəhbəri Samir Süleymanov AMEA YT Parkında icra olunan layihələr haqqında geniş məlumat verərək, layihələrin aktuallığı, günümüzün tələblərinə cavab verməsini qeyd ediblər.

Sonda Texnoparkın ərazisi ilə tanış olan qonağa burada yaradılan şərait, potensial rezidentlərin fəaliyyəti barədə məlumat verilib.