15/02/2018 13:22

ANAMA-nın rəhbəri Cenevrədə Mina Əməliyyatları üzrə Milli Direktorlar və BMT Məsləhətçilərinin görüşündə iştirak edib

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) nümayəndə heyəti 13-16 fevral tarixlərində Cenevrədə keçirilən Mina Əməliyyatları üzrə Milli Direktorlar və BMT Məsləhətçilərinin 21-ci Beynəlxalq Görüşündə iştirak edib.

Bu barədə “AzeriDefence”yə ANAMA-dan məlumat verilib.

Görüşdə ANAMA-nın direktoru Qəzənfər Əhmədov və Agentliyin Əməliyyatlar üzrə mütəxəssisi Tural Məmmədzadə iştirak ediblər.

Görüş, nümayəndələr üçün mina aksiyasında mövcud tendensiyalara uyğun əldə olunan ən uğurlu təcrübə və bacarıqlar üzrə təcrübə mübadiləsi aparmaq və qarşılıqlı əməkdaşlıq fürsəti yaratmaq üçün nəzərdə tutulub. Bu ilki tədbir “Müdafiə, sülh və inkişafın təmin edilməsi” mövzusunu əhatə edib.