05/03/2018 18:31

ANAMA: Ötən ay 1 437 ədəd PHS və 1 ədəd tank əleyhinə mina zərərsizləşdirilib

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) 2018-ci ilin fevral ayı ərzində ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları barədə məlumat yayıb.

ANAMA-nın mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, 2018-ci ilin fevral ayı ərzində 8,870,514 m2 (887.05 Ha) ərazi yoxlanılıb, 1,437 ədəd partlamamış hərbi sursat (PHS) və 1 ədəd tank əleyhinə mina (cəmi 1,438 ədəd) aşkar edilərək zərərsizləşdirilib.

Əməliyyatlarda 490 nəfər əməliyyat heyəti, 136 nəfər inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 40 minaaxtaran it iştirak edir.

İndiyədək cəmi 513,640,781 m2 (51 364.07 Ha) ərazi təmizlənib və 792,609 ədəd mina və partlamamış hərbi sursat (PHS) tapılaraq zərərsizləşdirilib.

Fevral ayı ərzində Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng Mərkəzindən 9, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən 12 və Daxili İşlər Nazirliyinin Abşeron Rayon Polis İdarəsinin, Mehdiabad Polis Şöbəsindən 1 müraciət daxil olub.

Müraciətlər əsasında 14,425 m2  ərazi təmizlənib, 995 ədəd partlamamış hərbi sursat (PHS) və 1 ədəd tank əleyhinə mina (cəmi 996 ədəd) aşkar edilərək yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınaraq zərərsizləşdirilib.

Fevral ayı ərzində Agentlik tərəfindən təmizləmə əməliyyatları Abşeron, Ağcabədi, Ağdam, Ağstafa, Astara, Füzuli, Gəncə, Şəmkir, Tərtər, Xızı, Sumqayıt və Bakı şəhərində həyata keçirilib.

2018-ci ilin fevral ayı ərzində mina/PHS hadisəsi qeydə alınmayıb.