20/11/2017 10:27

ANAMA ötən gün Xızıda 176 ədəd partlayıcı sursat zərərsizləşdirib – FOTO

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Fövqəladə Hallar Nazirliyi və Daxili İşlər Nazirliyi ilə birlikdə Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin sursat anbarında baş vermiş partlayışla əlaqədar əməliyyatları davam etdirir.

ANAMA-dan “AzeriDefence”yə verilən məlumata görə, noyabrın 19-da partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 176 ədəd partlamamış hərbi sursat (PHS), 120 ədəd partlamış-yanmış mərmi qalıqları və 499 kq yandırma məhsulu aşkar edilərək götürülwb. Nəticə etibarilə 64 000 kv.m (6.40 ha) ərazi yoxlanılıb.

Ümumilikdə, 74 gün ərzində 12 ev, 46 evin həyətyanı sahəsinə, 15 ferma ərazisinə, 44 əkin sahəsinə, 12 otlaq sahəsinə, 2 məktəb ərazisinə, 3 dəmiryolu xətininə, 1 rabitə qovşağına, 1 telestudio ərazisinə, 2 kənd qəbirstanlığına, 1 su kanalına, 1 istixanaya, 1 hərbi şəhərciyə, 1 kənd məscidinin yaxınlığına, su stansiyasına, Bakı-Novorossiysk neft kəmərin və Bakı-Rostov dəmiryolunun Xızı rayonundan keçən hissəsinə, neft quyusunun ətrafına, balıqçılıq və zeytunçuluq təsərrüfatına, eko-turizmin həyətyanı sahəsinə, dəniz sahilinə, taxıl anbarının yaxınlığına yol kənarına, Samur-Abşeron kanalı istismar idarəsinin Taxta körpü-Ceyranbatan kanalının içərisinə, ətrafına, dükerlərə, 6 saylı Yaşıllaşdırma idarəsinin ərazisinə baxış keçirilib.

Əməliyyat axtarış zamanı 18 991 ədəd partlamamış hərbi sursat (PHS), 8 568 ədəd partlamış-yanmış sursat qalıqları və 68 102 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 69 160 285 kv.m (6 916 ha) ərazi yoxlanılıb.

Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Sitalçay, Yeni Yaşma, Şurabad kəndləri ərazisində 8 868 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.