10/03/2015 11:36

ANAMA ötən ay 1812466 kv.m ərazini minadan təmizləyib

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik Tərəfindən (ANAMA) 2015-ci ilin fevral ayı ərzində 1 812 466 kvadrat metr ərazi yoxlanılaraq, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib.

Bu barədə “AzeriDefence”yə ANAMA-nın mətbuat xidmətindən məlumat verilib.

Əməliyyatlar zamanı 179 PHS, 3 ədəd tank əleyhinə mina və 12 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.

Fevral ayı ərzində 1 mina/PHS hadisəsi qeydə alınıb.

Əməliyyatlarda 487 nəfər minaaxtaran mütəxəssis və 119 nəfər yardımçı heyət, həmçinin 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it iştirak edib.

ANAMA tərəfindən indiyədək cəmi 281166 915 kvadrat metr ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 689 883 olub.

Agentlik tərəfindən təmizləmə əməliyyatları Ağdam, Ağstafa, Füzuli, Qazax, Gədəbəy və Tərtər rayonlarında davam etdirilir.