26/02/2016 13:16

ANAMA rayonlarda tapılmış partlamamış sursatları zərərsizləşdirib – FOTOLAR

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agetliyin (ANAMA) əməkdaşları tərəfindən rayonlarda vətəndaşlardan daxil olan müraciətlər əsasında partlamamış hərbi sursatlar tapılaraq zərərsizləşdirilib.

Bu barədə “AzeriDefence”yə ANAMA-dan məlumat verilib.

Agentlikdən verilən məlumata görə, Nazirlər Kabinetindən daxil olmuş 5 fevral tarixli мəktuba əsasən, Ağcabədi rayonun Mirzəhaqverdili kənd sakini tərəfindən həyətyanı sahəsində, 1 ədəd partlamamış hərbi sursat (PHS) aşkar olunub. Müraciətə cavab olaraq, “Dayaq” Təmizləmə Qrupu baxış keçirib.

Nazirlər Kabinetindən daxil olmuş 15 fevral tarixli məktuba əsasən, Goranboy rayonun Dəliməmməd-Sarov avtomobil yolunun 1-ci km-nin sağ tərəfində 9 ədəd 100 mm-lik artilleriya mərmisi aşkarlanıb. Müraciətə cavab olaraq, BAMF-ın (ME) Təmizləmə Qrupu əraziyə baxış keçirib.

Nazirlər Kabinetindən daxil olmuş 16 fevral 2016-cı il tarixli məktubunda Şəmkir rayonu Ceyrançöl ərazisində yerli sakin tərəfindən sursat aşkarlandığı bildirilib. Sursatın ANAMA tərəfindən zərərsizləşdirilməsi, ətrafın yoxlanılması tapşırığına əsasən ANAMA-nın EOD Qrupu əraziyə baxış keçirib.

Hər üç müraciətə əsasən baxış keçirildikdən sonra EOD Qrupu partladıcı qurğuları təhlükəsiz qaydada və müvafiq SƏP-lərə uyğun şəkildə ərazidən kənarlaşdıraraq məhv etmə ərazisinə apararaq zərərsizləşdirib.

seod2

seod3