09/02/2018 20:43

ANAMA: Xızıda 100 milyon kv.m ərazi partlayıcı sursatdan təmizlənib

Müdafiə Nazirliyinin Xızı rayonu ərazisində yerləşən hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA), Fövqəladə Hallar Nazirliyin və Daxili İşlər Nazirliyin birgə keçirdiyi təmizləmə əməliyyatları davam etdirilir.

ANAMA-dan “AzeriDefence”yə verilən məlumata görə, fevralın 9-da partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 8 ədəd partlamamış hərbi sursat (PHS), 56 ədəd partlamış-yanmış mərmi qalıqları və 121 kq yandırma məhsulu aşkar edilərək götürülüb. Nəticə etibarilə 480 000 kv.m (48 ha) ərazi yoxlanılıb.

Ümumiyyətlə, 131 gün ərzində 12 ev, 46 evin həyətyanı sahəsinə, 16 ferma ərazisinə, 45 əkin sahəsinə, 13 otlaq sahəsinə, 2 məktəb ərazisinə, 3 dəmiryolu xətininə, 1 rabitə qovşağına, 1 telestudio ərazisinə, 2 kənd qəbirstanlığına, 1 su kanalına, 1 istixanaya, 1 hərbi şəhərciyə, 1 kənd məscidinin yaxınlığına, su stansiyasına, Bakı-Novorossiysk neft kəmərin və Bakı-Rostov dəmiryol xəttinin Xızı rayonundan keçən hissəsinə, neft quyusunun ətrafına, balıqçılıq və zeytunçuluq təsərrüfatına, eko-turizmin həyətyanı sahəsinə, dəniz sahilinə, taxıl anbarının yaxınlığına, yol kənarına, Samur-Abşeron kanalı istismar idarəsinin Taxta körpü-Ceyranbatan kanalının içərisinə, ətrafına, dükerlərə, 6 saylı Yaşıllaşdırma idarəsinin ərazisinə baxış keçirilib.

Əməliyyat axtarış zamanı 25 837 ədəd partlamamış hərbi sursat (PHS), 20 206 ədəd partlamış-yanmış sursat qalıqları və 105 238 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 100 720 706 kv.m (10 072 ha) ərazi yoxlanılıb.

Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Sitalçay, Yeni Yaşma, Şurabad kəndləri ərazisində 10 422 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.