25/11/2017 10:31

ANAMA Xızıda partlayan anbardan ətrafa dağılan PHS haqqında operativ məlumat yayıb

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin hərbi hissəsinin sursat anbarında baş vermiş partlayış nəticəsində ətrafa dağılan partlamamış hərbi sursatlar (PHS) haqqında operativ məlumat yayıb.

ANAMA-dan “AzeriDefence”yə verilən məlumata görə, noyabrın 24-də partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 130 ədəd partlamamış hərbi sursat (PHS), 157 ədəd partlamış-yanmış mərmi qalıqları və 254 kq yandırma məhsulu aşkar edilərək götürülüb. Nəticə etibarilə 432 977 kv.m (43.30 ha) ərazi yoxlanılıb.

Ümumiyyətlə, 79 gün ərzində 12 ev, 46 evin həyətyanı sahəsinə, 15 ferma ərazisinə, 44 əkin sahəsinə, 12 otlaq sahəsinə, 2 məktəb ərazisinə, 3 dəmiryolu xətininə, 1 rabitə qovşağına, 1 telestudio ərazisinə, 2 kənd qəbirstanlığına, 1 su kanalına, 1 istixanaya, 1 hərbi şəhərciyə, 1 kənd məscidinin yaxınlığına, su stansiyasına, Bakı-Novorossiysk neft kəmərin və Bakı-Rostov dəmiryolunun Xızı rayonundan keçən hissəsinə, neft quyusunun ətrafına, balıqçılıq və zeytunçuluq təsərrüfatına, eko-turizmin həyətyanı sahəsinə, dəniz sahilinə, taxıl anbarının yaxınlığına yol kənarına, Samur-Abşeron kanalı istismar idarəsinin Taxta körpü-Ceyranbatan kanalının içərisinə, ətrafına, dükerlərə, 6 saylı Yaşıllaşdırma idarəsinin ərazisinə baxış keçirilib.

Əmıliyyat axtarış zamanı 19 904 ədəd partlamamış hərbi sursat (PHS), 9 473 ədəd partlamış-yanmış sursat qalıqları və 70 418 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 70 599 262 kv.m (7 060 ha) ərazi yoxlanılıb.

Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Sitalçay, Yeni Yaşma, Şurabad kəndləri ərazisində 8 868 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.