09/01/2018 10:57

ANAMA Xızıda partlayan anbardan ətrafa dağılan PHS haqqında operativ məlumat yayıb

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin hərbi hissəsinin sursat anbarında baş vermiş partlayış nəticəsində ətrafa dağılan partlamamış hərbi sursatlar (PHS) haqqında operativ məlumat yayıb.

ANAMA-dan “AzeriDefence”yə verilən məlumata görə, yanvarın 8-də partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 102 ədəd partlamamış hərbi sursat (PHS), 338 ədəd partlamış-yanmış mərmi qalıqları və 1 244 kq yandırma məhsulu aşkar edilərək götürülüb. Nəticə etibarilə 260 400 kv.m (26.04 ha) ərazi yoxlanılıb.

Ümumiyyətlə, 109 gün ərzində 12 ev, 46 evin həyətyanı sahəsinə, 16 ferma ərazisinə, 45 əkin sahəsinə, 13 otlaq sahəsinə, 2 məktəb ərazisinə, 3 dəmiryolu xətininə, 1 rabitə qovşağına, 1 telestudio ərazisinə, 2 kənd qəbirstanlığına, 1 su kanalına, 1 istixanaya, 1 hərbi şəhərciyə, 1 kənd məscidinin yaxınlığına, su stansiyasına, Bakı-Novorossiysk neft kəmərin və Bakı-Rostov dəmiryol xəttinin Xızı rayonundan keçən hissəsinə, neft quyusunun ətrafına, balıqçılıq və zeytunçuluq təsərrüfatına, eko-turizmin həyətyanı sahəsinə, dəniz sahilinə, taxıl anbarının yaxınlığına, yol kənarına, Samur-Abşeron kanalı istismar idarəsinin Taxta körpü-Ceyranbatan kanalının içərisinə, ətrafına, dükerlərə, 6 saylı Yaşıllaşdırma idarəsinin ərazisinə baxış keçirilib.

Əməliyyat axtarış zamanı 24 443 ədəd partlamamış hərbi sursat (PHS), 16 399 ədəd partlamış-yanmış sursat qalıqları və 93 027 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 77 780 069 kv.m (7 778 ha) ərazi yoxlanılıb.

Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Sitalçay, Yeni Yaşma, Şurabad kəndləri ərazisində 8 868 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.