02/02/2018 22:38

“Anka” PUA-nın peykdən idarə olunan konfiqurasiyasının qəbul testləri tamamlanıb

Türkiyənin TUSAŞ şirkəti tərəfindən istehsal edilmiş “Anka” pilotsuz uçuş aparatının (PUA) “Anka-S” konfiqurasiyasının qəbul testləri tamamlanıb.

“AzeriDefence”nin bildirdiyinə görə, bu barədə Türkiyənin Müdafiə Sənayesi Katibliyi məlumat yayıb.

“Anka-S” PUA SATCOM (peyk vasitəsi ilə) idarə edilmə xüsusiyyətinə malikdir. Bu operatora dünyanın istənilən nöqtəsindən PUA-nı idarə etmək imkanı verir.

“Anka-S” 9144 metr yüksəkliyə qalxa və havada 24 saat qala bilir. PUA ASELSAN şirkəti tərfindən istehsal edilən FLİR kamerra və digər elektro-optik sistemlərlə təchiz edilib.

Türkiyə Silahlı Qüvvələrinə ilk partiyada 6 ədəd “Anka-S” PUA verilməsi nəzərdə tutulur.