28/12/2018 12:21

“Anka” PUA yerli mühərriklə ilk uçuşunu edib

Türkiyənin “Anka” pilotsuz uçuş aparatı (PUA) yerli mühərriklə ilk uçuşunu edib.

Bu barədə “AzeriDefence”yə TAİ şirkətindən məlumat verilib.

Məlumatda bildirilib ki, yeni nəsil “Anka” PUA-nın PD-170 turbo dizel mühərriki ilə ilk uçuş sınağı uğurla nəticələnib.

Türkiyənin müdafiə sənayesi başqanı İsmail Dəmir öz sosial media hesabında “Anka” PUA-nın PD-170 mühərriki ilə ilk uçuşunu həyata keçirməsindən danışıb.

Bildirilib ki, yerli mühərrik zamanla xaricdən təmin edilən və hazırda “Anka” PUA-da istifadə olunan mühərrikləri əvəz edəcək.