10/03/2017 12:36

“Anka-S” PUA-nın silahlı testləri keçirilir

“Anka” pilotsuz uçuş aparatının (PUA) silahlı konfiqurasiyası olan “Anka-S” PUA-nın test uçuşları keçirilib.

“AzeriDefence”in məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə naziri Fikri İşıq müdafiə sənayesi sahəsində son yeniliklərlə bağlı açıqlamasında bildirib.

F.İşıq qeyd edib ki, “Anka-S” PUA-nın silahlı testləri uğurlu keçirilib.

Yerli raket və havadan müdafiə sisteminin inkişaf etdirilməsinin prioritet məsələ olduğunu deyən nazir hazırda pilotsuz uçuş aparatlarının terrorla mübarizədə böyük nailiyyətlər qazandığını vurğulayıb.

Qeyd edək ki, TAİ şirkəti tərəfindən “Anka-S” PUA-nın bu il Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil edilməsi planlaşdırılır.

“Anka-S” PUA 200 kq faydalı yük ilə 30000 fut yüksəklikdə 24 saat uçuş həyata keçirir.