31/01/2015 17:41

“Anka”nın “Blok B” konfiqurasiyası ilk uçuşunu gerçəkləşdirdi

Türkiyənin “Anka” pilotsuz uçuş aparatının “Blok B” konfiqurasiyası yanvarın 30-da ilk uçuşunu gerçəkləşdirib.
Bu barədə “AzeriDefence”yə TUSAŞ şirkətindən məlumat verilib.

“Blok B” konfiqurasiyası 2013-cü ildə “Anka”nın qəbulu tamamlanmış “Blok A” konfiqurasiyasında əldə olunan təcrübə əsasında hazırlanıb.

Avtomatik qalxma və enmə ilə həyata keçirilən ilk uçuşda fərqli avtopilot və enmə rejimlərinin testləri problemsiz tamamlanıb.

Şirkətdən bildirilib ki, “Blok A” konfiqurasiyasında yer alan EO/IR kameraya əlavə olaraq SAR/ISAR/GMTI radarı daşıya bilən “Blok B” faydalı yük daşıma imkanı ilə yeni nəsil inteqrasiya layihələri üçün də önəmli infrastruktura malikdir.