14/06/2019 12:46

Ankarada Türkiyə, Azərbaycan və Gürcüstan hərbçilərinin iştirakı ilə təlim keçirilir

Ankara şəhərində Türkiyə, Azərbaycan və Gürcüstanın mülki müdafiəyə cavabdeh qurumlarının iştirakı ilə təbi fəlakətlərdə axtarış-xilasetmə mövzusunda təlim keçirilir.

Bu barədə “AzeriDefence”yə Türkiyənin Milli Müdafiə Nazirliyindən məlumat verilib.

İyunun 10-da başlamış təlimin əsas praktik hissəsi bu gün Türkiyə Silahlı Qüvvələrinin Humanitar Yardım Briqadasının General Əşrəf Akıncı bazasında keçirilir.

İyunun 15-də başa çatacaq təlimə Türkiyədən iki, Gürcütandan bir axtarış-xilasetmə qrupu və Azərbaycandan 3 nəfər müşahidəçi qatılıb.

Təlimdə qəza zamanı xəsarət alanların helikopterlə təxliyəsi, itkinlərin axtarışı, xilasetmə ilə bağlı birgə çalışmalar, texnikalar və üsulların inkişaf etdirilməsi, iştirakçı ölkələrin müvafiq qurumlarının heyətləri arasında təcrübə mübadiləsi həyata keçirilir.