09/11/2017 15:49

“Antonov” şirkəti Ukraynanın ilk taktik PUA-nın testlərinə başladı – FOTOLAR

Ukraynanın “Antonov” Dövlət Müəssisəsi tərəfindən yaradılmış “Gorlitsa” adlı takktik pilotsuz uçuş aparatının ilk prototiöinin uçuş sınaqları başlanıb.

Bu barədə “AzeriDefence”yə “Ukroboronprom” Dövlət Konserninin mətbuat xidmətindən məlumat verilib.

PUA ilk mərhələdə havada 7 saat qala biləcək. PUA-nın ümumi çəkisi 200 kq, praktiki tavanı 2000 metr, maksimum tavanı 5000 metr, qanad açıqlığı 6.7 metr, faydalı yükü 50 kiloqram, taktiki uçuş uzaqlığı 120 km, praktiki uçuş uzaqlığı 1050 km, sürəti 230 km/saatdır.

“Gorlitsa” kəşfiyyatın aparılması, artilleriya atəşinin koordinasiyası və digər müxtəlif funksiyaları yerinə yetirə bilər. PUA infraqırmızı müşahidə kamerasının və lazer nöqtələyicinin daxil olduğu elektro-optik komplekslə təchiz olunub.

Ukrayna Milli Təhlükəsizlik Şurasının katibi Oleksandr Turçinov bildirib ki, hazırda Ukrayna PUA-ların operativ-taktiki və əməliyyat səviyyəsini hazırlayır. Növbəti addım PUA-nın strateji səviyyəsinin yaradılmasıdır.