19/04/2012 05:53

APKWS-in Əfqanıstanda praktik istifadəsinə başlandı

“BAE Systems” şirkəti tərəfindən hazırlanmış Müasir Həssas İdarəolunan Silah Sisteminin – APKWS (Advanced Precision Kill Weapon System) Əfqanıstanda praktik istifadəsinə başlanıb. “AzeriDefence”nin bildirdiyinə görə, bu barədə şirkətin yaydığı məlumatda deyilir.

Hazırda APKWS ABŞ Dəniz Piyadaları tərəfindən istifadə olunur.

70 mm “Hydra” idarə olunmayan raketlərin yarı aktiv lazer başlıq sayəsində inkişaf etdirilmiş versiyası olan APKWS-in testləri 2007-ci ildə başlanıb. Ümumilikdə bu raketdən 100-dən çox test atışları keçirilib.